22 iyun 2025 21:03
134

Toyda gəlin öldürüldü - Fransada

Fransanın cənubundakı Qult şəhərində toy məclisi başa çatan zaman bir qrup silahlı şəxs atəş açıb. Nəticədə gəlin də daxil olmaqla iki nəfər həlak olub, üç nəfər isə ağır yaralanıb.

Bu barədə AFP agentliyi məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, bəy və gəlin şənlikdən çıxarkən silahlılarla qarşılaşıb və onlara atəş açılıb.

Polis cinayətkar qruplar arasında hesablaşmanın mümkünlüyünü nəzərdən keçirir.

Zərərçəkənlərin və hücum edənlərin kimliyi istintaqın maraqları baxımından açıqlanmır.

Oxu.Az