23 iyun 2025 00:02
136

Malatyada toy konvoyunda qəza: 11 yaralı

Malatyada (Türkiyə) toy konvoyunda iki avtomobilin toqquşması nəticəsində 11 nəfər yaralanıb.

İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəza axşam saatlarında baş verib.

Hadisə yerinə təcili tibbi yardım, polis və xilasetmə qrupları cəlb edilib. Qəzada xəsarət alan biri uşaq olmaqla 11 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra müalicə olunmaq üçün şəhərin müxtəlif xəstəxanalarına aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”