Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTС) Avropa Komissiyasının icraçı vitse-prezident Raffaele Fittonu Kipr üzrə xüsusi nümayəndə təyin etmək qərarını sərt şəkildə pisləyib.
“İki sahil” xəbər verir ki, bu barədə ŞKTR Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilib.
Bəyanatda bu addımın "təxribatçı" olduğu və Avropa Birliyinin Kipr məsələsinə qərəzli yanaşmasını nümayiş etdirdiyi bildirilib.
Xarici İşlər Nazirliyi təyinatın Kipr türk tərəfinin razılığı olmadan və Kipr türklərinin iradəsini nəzərə almadan edildiyini vurğulayıb. ŞKTС qərarı qanunsuz və "tamamilə qəbuledilməz" adlandırıb.
Şimali Kipr hakimiyyətinin fikrincə, Brüsselin bu cür hərəkətləri Kipr probleminin həllində onun qərəzsizliyini şübhə altına alır.