03 iyul 2025 19:38
134

Ziyafət Əsgərov Çin Xalq siyasi məşvərət şurası komitəsinin Sədr müavini Şen Yueyue ilə görüşüb - FOTO

Milli Məclisin sədr müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatının “Xalq diplomatiyası və qardaş şəhərlər Forumu”nda iştirak etmək üçün Çin Xalq Respublikasının Şenyan şəhərində səfərdədir. 

“İki sahil” xəbər verir ki, Çin Xalq Respublikasına səfər çərçivəsində Milli Məclisin Sədr müavini Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Çinin Xalq siyasi məşvərət şurası komitəsinin Sədr müavini xanım Şen Yueyue ilə görüşüb.

Qeyd edə ki, Forumda “Xalqlar arasında dostluğun dərinləşdirilməsi, davamlı inkişafın təşviqi” mövzusunda müzakirələr aparılacaq.