Məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, onların sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyasının təşkili istiqamətində penitensiar müəssisələrdə çoxsaylı mədəni-kütləvi, maarifləndirici, eləcə də idman tədbirləri, seminar və görüşlər təşkil edilir. Bu istiqmətdə dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.
“İki sahil” xəbər verir ki, növbəti tədbir Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Azərbaycan Badminton Federasiyasının birgə təşilatçılığı ilə 4 saylı cəzaçəkmə müəssisəsində və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində keçirilib.
5 iyul - Dünya Badminton Günü münasibətilə təşkil olunmuş idman turnirlərində qadın və yeniyetmə məhkumlar yarışıblar. Oyunlarda qalib gələn məhkumlar medallar və hədiyyələr ilə mükafatlandırılıblar.
Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
Ağdərə, Zəngilan və Şuşada sakinlər və işəgötürənlərlə növbəti görüşlər keçirilib
Müasir universitet müəllimi həm fəal tədqiqatçı, həm də yüksək pedaqoji səriştəyə malik mütəxəssis olmalıdır - MÜSAHİBƏ