Rusiyanın Moskva ilə Sankt-Peterburq şəhərləri arasında hava əlaqəsi iflic olub.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (RTA) məlumat yayıb.
"Günortadan sonra yerinə yetirilməli olan 52 reysdən 30-u ləğv edilib, 9-u isə gecikib. Milli aviadaşıyıcı Moskvadan Sankt-Peterburqa sərnişinləri geniş gövdəli təyyarələrlə daşıyacağını vəd edib", - təşkilatın saytında dərc olunan məlumatda bildirilir.
Qeyd olunur ki, iyulun 5-də reyslərin gecikməsi və ləğv edilməsi azı 75 min sərnişinin planlarına təsir edib.
Pakistan prezidenti Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndiyini bildirib
Nepalda bir il əvvəl itkin düşmüş alpinistlərin olduğu ehtimal edilən meyitlər aşkarlanıb
Ukrayna Qara dənizdə XBKK-nın infrastrukturuna zərbələr endirməyəcəyini vəd edib