Ukrayna böyük məhbus mübadiləsi çərçivəsində yüzlərlə vətəndaşını evlərinə qaytara bilib.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
"Böyük mübadilənin səkkiz mərhələsi. İyunun əvvəlindən yüzlərlə insanımız vətənə qayıdıb. Gənclərimiz, Mariupolun müdafiəçiləri, Donetsk, Zaporojye, Luqansk, Xarkov, Sumı, Çerniqov və Kiyev vilayətlərində cəbhəni qoruyanlar. Yaralılar, ağır xəstələr. Onların əksəriyyəti 2022-ci ildən əsirlikdə idi", - o qeyd edib.
Ukrayna lideri geri qaytarılanlar arasında təkcə hərbi qulluqçuların deyil, mülki şəxslərin də olduğunu vurğulayıb.
"Biz istisnasız olaraq hamını geri qaytarana qədər işimizi davam etdirəcəyik", - Zelenski əlavə edib.
Pakistan prezidenti Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndiyini bildirib
Nepalda bir il əvvəl itkin düşmüş alpinistlərin olduğu ehtimal edilən meyitlər aşkarlanıb
Ukrayna Qara dənizdə XBKK-nın infrastrukturuna zərbələr endirməyəcəyini vəd edib