10 iyul 2025 10:45
125

Ermənistanda iki müxalifətçinin mənzillərində axtarışlar aparılır

Parlamentin müxalif "Ermənistan" fraksiyasından olan, "Daşnaksütyun" partiyasının üzvü Geqam Manukyanın mənzilində axtarışlar aparılır.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd olunub ki, axtarışı Ermənistan İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları aparır.

"Daşnaksütyun" partiyası bu məlumatı təsdiqləyib. Bildirilib ki, səhər saatlarından partiyanın ali orqanının aparatının rəhbəri Vaaqn Matinyanın evində də istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, Manukyan iyulun 9-da məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.