10 iyul 2025 12:01
137

AK rəhbəri yeni etimadsızlıq səsverməsinə hazır olmalıdır - "Politico"

Avropa Komissiyasının sədri Ursula fon der Leyen növbəti etimadsızlıq səsverməsinə hazır olmalıdır.

“İki sahil” "Politico"ya istinadla xəbər verir ki, bunu rumıniyalı deputat Gheorghe Piperin bildirib. Onun sözlərinə görə, 10 iyulda keçiriləcək səsvermə uğursuz olarsa, fon der Leyen bir neçə yeni cəhdə hazır olmalıdır.

Avropa Parlamenti deputatı etimadsızlıq səslərini “Pandora qutusunun açılması” ilə müqayisə edərək, onların müsbət nəticəyə gətirib çıxara biləcəyini qeyd edib.

Macarıstanın baş naziri Viktor Orban Ursula fon der Leyenə etimadsızlıq səsverməsinin keçiriləcəyi günün Aİ üçün həqiqət anı olacağı barədə fikir bildirib.