10 iyul 2025 23:54
109

Ermənistan XİN: Əbu-Dabi görüşü uğurlu olub

Rəsmi İrəvan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi görüşünü uğurlu hesab edir.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın nazirliyin teleqram kanalında dərc olunan açıqlamasında bildirilir.

"Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiq edir ki, bu, sülh prosesinin gələcək həyata keçirilməsi üçün ciddi əsas ola bilər", - A.Badalyan qeyd edib.