12 iyul 2025 18:18
119

Maye qazların istehsalı 20%-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 112,6 min ton maye qazlar istehsal edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,9 min ton və ya 20,2% çoxdur. Keçən ilin eyni dövründə ölkədə 93,7 min ton maye qazlar istehsal edilmişdi.

Bu ilin iyulun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 3,5 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,565 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalıb.