İspaniya sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
“İki sahil” xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Milli Coğrafiya İnstitutunun məlumatları sübut edir.
Blidirilib ki, yeraltı təkanların episentri Aralıq dənizində krallığın cənub-şərqində yerləşən Palos burnunda, zəlzələ ocağı isə təxminən 2 km dərinlikdə yerləşib.
KİV-lərin məlumatına görə, təkanlar Mursiya və Andalusiya muxtar icmalarının müxtəlif yaşayış məntəqələrində hiss edilib. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə birgə müdafiə haqqında saziş imzalayıb