14 iyul 2025 12:26
99

Zalujnı etiraf edib ki...

Ukraynanın Londondakı səfiri Valeriy Zalujnı deyib ki, Kiyev bu müharibəyə dözməyəcək.

“İki sahil” xəbər verir ki,  o, bu barədə özünün YouTube kanalında bildirib.

“Yüksək texnologiyaların olmadığı bir şəraitdə özünü müdafiə imkanlarının tam spektri ilə təmin edə bilməmək, tükənmə müharibəsində uzunmüddətli müqavimət göstərmək imkanını şübhə altına alır”, - deyə, o qeyd edib.

Zalujnının qeyd etdiyi kimi, insan resursları cəbhədə Ukrayna ordusunun yeganə dayaq nöqtəsi olaraq qalır. O əlavə edib ki, Kiyev  öz itkisini tez bir zamanda bərpa edə bilməz.