Azərbaycanın Şimali Makedoniya ilə iqtisadi əməkdaşlıq gündəliyində ticarət, investisiya, enerji, turizm və nəqliyyat sahəsində birgə fəaliyyəti intensivləşdirmək prioritet təşkil edir.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində bu ölkənin iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə ölkələrimizin biznes sahəsində əməkdaşlığının səmərəliliyinin artırılması və işgüzar əlaqələrin təşviqi imkanlarını dəyərləndirdik”, - deyə M. Cabbarov bildirib.
Daşkənddə Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında işgüzar görüşlər keçirilib
Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialına dair təqdimat keçirilib