Gənc Liderlərin Yay Liderlik Məktəbi – 2025 çərçivəsində növbəti təlim keçirilib.
“İki sahil” xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə PR üzrə mütəxəssis Nailə Mirzəzadə tərəfindən “PR ilə öz imzanı at” mövzusunda təlim təqdim olunub.
Təlim zamanı iştirakçılar PR-ın əsasları, şəxsi brendin formalaşdırılması və effektiv təqdimat bacarıqları haqqında bilik və bacarıqlarla tanış olublar. Gənclərin fəallığı və marağı tədbirə xüsusi dinamika qatıb.