26 iyul 2025 12:23
128

Naxçıvanın builki məzunları 30 ilin ən yüsək nəticəsini göstərdi

Naxçıvanda 2024-2025-ci tədris ili üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 500-700 intervalında  nəticə göstərən məzunların sayı son 30 ilin ən yüsək göstəricisi olub. 

“İki sahil” xəbər verir ki,  Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən  379 məzun 500-700 intervalında bal tolayıb. 

Məlumat üçün bildirək ki, ötən il isə muxtar respublikanın ümumtəhsil müəssisələrindən 327 məzun 500-700 intervalında bal toplamışdı.

Onuda qeyd edək ki, məzunlar tərəfindən son dəfə ən yüsək nəticə 2013-2014-ci tədris ilində göstərilib. Belə ki, həmin tədris ilində  347 məzun 500-700 intervalında  bal toplayıb.