Fransa Prezidenti Emmanuel Makronla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, bu barədə E.Makron “X”dəki hesabında paylaşım edib.
Fransa lideri bildirib ki, danışıq zamanı Qəzzadakı vəziyyət müzakirə edilib.
“Az öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qəzzadakı vəziyyət və iki dövlətli həll konfransının perspektivləri haqqında telefonla danışdım. Hər şey israillilərin və fələstinlilərin sülhü və təhlükəsizliyi üçün edilməlidir”, - Makron sosial şəbəkə hesabında yazıb.
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək