Kamboca və Tailand liderləri bir neçə günlük silahlı münaqişədən sonra atəşkəslə bağlı danışıqlar aparmaq üçün görüşmək barədə razılığa gəliblər.
“İki sahil” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp belə bir razılaşmanın olduğunu açıqlayıb.
"Bazar günü yerli vaxtla səhər tezdən Kambocanın Baş naziri Hun Manet bildirib ki, Kamboca iki silahlı qüvvə arasında dərhal və qeyd-şərtsiz atəşkəs təklifi ilə razılaşır", - telekanal qeyd edib.
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək