Hazırda Serbiya ərazisində açıq ərazilərdə 100-dən çox meşə yanğını aktivdir.
“İki sahil” xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ən çox təhlükə altında olan bölgələr Niş, Vranye, Kraquyevaç, Priyepolye, Mali Zvornik, Uyiçe və Kruşevaç şəhərləri yaxınlığındadır. Yanğınların söndürülməsinə ölkənin hər yerindən 500-dən çox yanğınsöndürən və xilasedici, müxtəlif təyinatlı 150-yə yaxın texnika cəlb olunub. Hazırda yanğınsöndürənlər və xilasedicilər tərəfindən müxtəlif təyinatlı 230-dan çox tikili mühafizə olunur.
Monteneqro ərazisində baş verən yanğının Serbiya ərazisinə keçmə ehtimalı var. Bu məqsədlə Monteneqronun sərhədindəki Kamena Qoraya doğru yayılan yanğınla əlaqədar Serbiyanın Priyepolye bələdiyyəsi ərazisində fövqəladə vəziyyət elan edilib.
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək