ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Donald Trampın prezidentlik müddəti başa çatana qədər Ukraynadakı münaqişənin həllinə və Yaxın Şərqdə sülhün bərqərar olacağına ümid etdiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə diplomat "Fox News"a müsahibəsində danışıb.
Uitkoff qeyd edib ki, onun işində mühüm nəticə Rusiya və Ukrayna arasında münaqişənin həlli və sülh müqaviləsinin imzalanması olacaq.
"Bu baş verməlidir. Prezident haqlıdır: bu müharibə başlamamalı idi. Düşünürəm ki, biz onun sonuna nail ola bilərik və ümid edirəm ki, bu, vacib an olacaq. Əgər biz Rusiya və Ukraynanın problemlərini həll etsək və sülh müqaviləsi bağlasaq, çünki bu, baş verməlidir, “İbrahim razılaşması”nın genişləndirsək, Qəzzada davamlı sülhə nail olsaq, Yaxın Şərqdə uzunmüddətli sülh bərqərar etsək, məncə, əsas nailiyyətlər bunlar olacaq".
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək