27 iyul 2025 13:27
118

Rubio: HƏMAS silahı yerə qoyub bütün girovları azad edəndə Qəzzada müharibə bitəcək

HƏMAS silahı yerə qoyub bütün girovları azad edəndə Qəzzada müharibə bitəcək.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində deyib.

"Yaxşı xəbər budur ki, bütün amerikalılar indi azad edilib. Biz bütün girovlarla maraqlanırıq və Qəzzada baş verənlərin çox sadə həlli var. Bütün girovları azad edin, silahlarını yerə qoyun və HƏMAS üçün müharibə bitəcək. Onlar açıq şəkildə bununla razılaşmayacaqlar", - o qeyd edib.

Dövlət katibinin sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff artıq bir neçə həftədir ki, bu münaqişənin həlli üçün çox çalışır və o, mühüm irəliləyiş əldə etməyə və yekun məqsədə yaxınlaşmağa nail olub.

"Biz indi istənilən gün atəşkəs razılaşmasına nail ola biləcəyimizə ümid edirik ki, orada ölənlər də daxil olmaqla, girovların ən azı yarısı, bu 60 günlük müddətin sonunda isə qalan girovlar azad edilsin", - Rubio bildirib.