28 iyul 2025 13:17
113

Silahlı münaqişə qurbanlarının sayı 22-ə çatıb

Tailandda Kamboca ilə sərhəd bölgələrində baş verən silahlı toqquşmalar nəticəsində ən azı 14 dinc sakin və 8 hərbçi həlak olub, daha 140 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Tailand hökumətinin bəyanatında bildirilir.

Bəyanata əsasən, hərbçilər arasında 103 nəfərin yaralandığı qeydə alınıb. Sərhəd ərazilərindən təxliyə olunan yerli sakinlərin sayı 139,6 min nəfəri keçib. Ən çox insan Sisaket, Surin və Ubonraçatxani əyalətlərini tərk edib.

Xatırladaq ki, silahlı toqquşmalar 24 iyul Kamboca-Tailand sərhədi boyunca, mübahisəli sərhəd zonası yaxınlığında yerləşən Oddar-Miençey vilayətində başlayıb.