28 iyul 2025 20:08
122

BMT-də Fələstin məsələsi ilə bağlı yüksəksəviyyəli konfrans keçirilir

BMT-nin Nyu-York şəhərində yerləşən mənzil-qərargahında Fələstin məsələsi və iki dövlətli həllin icrası ilə bağlı yüksəksəviyyəli konfrans keçirilir.

“İki sahil” xəbər verir ki, konfrans Fransa və Səudiyyə Ərəbistanının həmsədrliyi ilə baş tutub.

Baş Assambleyanın mandatı altında üç gün davam edəcək konfrans çərçivəsində plenar iclas, işçi qruplarının görüşləri təşkil olunacaq, BMT-nin yüksəksəviyyəli rəsmilərinin və üzv dövlətlərin çıxışları dinləniləcək.