28 iyul 2025 20:28
120

Lukaşenko Putinlə görüşməyi planlaşdırır

Belarus Prezidenti Aleksandr Lukaşenko ən mühüm və ciddi məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə şəxsi görüş barədə razılığa gəlməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Belarus liderinin mətbuat katibi Natalya Eysmont bildirib.

Onun sözlərinə görə, iyulun 27-də Putinlə Lukaşenko arasında baş tutan telefon danışığında tərəflər proqram mövzularına toxunmayıblar.

“Belarus və Rusiya prezidentlərinin, əlbəttə ki, hər zaman müzakirə edəcəkləri nələrsə var. Belə desək, bir çox mövzularda - həm ikitərəfli münasibətlər, həm də beynəlxalq gündəm ilə müzakirələr ola bilər. Ümumiyyətlə, telefonla müzakirə edilməməsi daha yaxşı olan mövzular var. Prezidentlər yaxın gələcəkdə görüş barədə razılığa gələcək və bütün ən mühüm və ciddi məsələləri üz-üzə müzakirə edəcəklər”, - Eysmont deyib.