28 iyul 2025 23:24
160

Ermənistan Yekaterinburqdakı fəxri konsulunu geri çağırıb

Ermənistan Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanı geri çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə “URA.ru” yazıb.

Nəşrin yazdığına görə, buna səbəb onun ölkə rəhbərliyinin erməni apostol kilsəsi ilə bağlı mövqeyi ilə razılaşmaması və iş adamı Samvel Karapetyanın həbsi olub.

Spartakyanın özü isə nəşrin müxbiri ilə söhbətində qeyd edib ki, o, Yekaterinburqda yaşayıb və bundan sonra da orada yaşayacaq.