29 iyul 2025 12:07
134

Pekində şiddətli yağışlar 30 nəfərin ölümünə səbəb olub

Çinin paytaxtı Pekində bir neçə gündür davam edən şiddətli yağışların yaratdığı fəsadlar 30 nəfərin ölümünə səbəb olub.

“İki sahil” xəbər verir ki, ölüm hallarının əsas hissəsi (28) şəhərin şimal-şərq kənarındakı Miyun rayonunun, digər 2 hal isə şimal-qərbindəki Yançin rayonunun tabeliyindəki inzibati ərazilərdə qeydə alınıb. Yağıntının miqdarı bəzi məntəqələrdə 545 millimetrə yaxın olub. Hava şəraiti ilə əlaqədar sel və daşqına qarşı qabaqlayıcı və cavab tədbirləri ən yuxarı səviyyəyə qaldırılıb, əlavə qüvvələr cəlb olunub. Pekin ətrafındakı qəsəbə və kəndlərdən ümumilikdə 80 min sakin təhlükəsiz ərazilərə təxliyə edilib. Şiddətli yağıntı 31 yolu dağıdıb, 136 kənddə elektrik təchizatı dayanıb, 1825 mobil rabitə baza stansiyası sıradan çıxıb. Pekindəki bütün mədəniyyət, turizm, istirahət-əyləncə məkanları, o cümlədən muzey və attraksionlar bağlanıb.

Qeyd edək ki, paytaxtla yanaşı, Çinin şimal hissəsindəki Hıbey, Cilin və Şandon əyalətlərində də leysan yağışlrı həyatı iflic edib, xeyli tikiliyə ziyan dəyib, küçələri, yolları, əkin sahələrini su basıb. Hıbey əyalətinin Çende şəhərinə adi Luanpin rayonunda iyulun 28-də səhər saatlarında baş verən torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb, 4 nəfər hələ də itlkin hesab olunur.