29 iyul 2025 13:06
138

Hindistan Kəşmirdə terror aktında iştirak edən 3 yaraqlının məhv edildiyini açıqlayıb

Hindistan təhlükəsizlik qüvvələri aprel ayında Cammu və Kəşmirdə turistlərə hücumda iştirak edən üç yaraqlını öldürüb.

“İki sahil” "Kommersant"a istinadla xəber veri ki, bunu Hindistanın daxili işlər naziri Amit Şah bildirib.

“Parlamentə bildirmək istəyirəm ki, Baysarandakı hücumu üç terrorçu həyata keçirib və onların hər üçü öldürülüb” deyə, nazir bildirib.