29 iyul 2025 13:50
135

Peskov: Kreml Trampın Ukrayna ilə bağlı vaxt çərçivələri ilə bağlı bəyanatını nəzərə alıb

Kreml ABŞ prezidenti Donald Trampın Ukraynada atəşkəs rejiminin yaradılmasının müddətləri ilə bağlı bəyanatını nəzərə alıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz prezident Trampın dünənki bəyanatını nəzərə aldıq"- deyə, Peskov qeyd edib.

İyulun 28-də Tramp Ukrayna üzrə razılaşmanın əldə olunması üçün 50 günlük müddəti 10-12 günə endirmək planlarını açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna ilə bağlı irəliləyiş görmür.