ABŞ hökuməti bu gün pilotsuz uçuş aparatları mövzusunda açıqlama verəcək.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Nəqliyyat Departamentinin rəhbəri Şon Daffi məlumat verib.

"Biz pilotsuz təyyarələr sahəsində ABŞ-ın üstünlüyünə doğru irəliləyirik... Möhtəşəm elan hazırlanır!" - deyə nazir heç bir təfərrüat vermədən X sosial şəbəkəsində yazıb.
İyun ayında ABŞ prezidenti Donald Tramp ABŞ Federal Aviasiya Administrasiyasına pilotsuz təyyarələrin istehsalını və ixracını artırmaq məqsədilə Amerika texnologiyalarının işlənib hazırlanması və sınaqdan keçirilməsini sürətləndirməyi tapşıran sərəncam imzalayıb.
Fox News xəbər verir ki, Pentaqonun rəhbəri Pit Heqset ABŞ hərbi komandirlərinə pilotsuz uçuş aparatlarından istifadə etməklə döyüş simulyasiyaları keçirməyə icazə verib.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək