Bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə daha bir quyu istismar fonduna qəbul edilmişdir.Belə ki, “Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündən qazılmış 2582 nömrəli quyu istismara verilmişdir.
Qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu 2410-2395 metr intervaldan sutkalıq 20 ton neft və 1000 kubmetr qaz ilə istismar fonduna daxil edilmişdir.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.