ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş gələn həftənin sonunda baş tuta bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "Sky News"a ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, yer hələ də müzakirə olunur, variantlar arasında BƏƏ, Macarıstan, İsveçrə və İtaliya da var. Görüşün təfərrüatları və logistikası qeyri-müəyyən olaraq qalır və dəyişə bilər.
Görüşün dəqiq tarixi hələ müəyyən edilməyib, Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirak edib-etməyəcəyi də məlum deyil.
Amerika rəsmisi qeyd edib ki, Rusiya tərəfi mümkün atəşkəs üçün tələblərin siyahısını təqdim edib. Vaşinqton hazırda Ukrayna və onun avropalı müttəfiqlərinin dəstəyini almağa çalışır.
NATO ekspertləri Almaniya aeroportundakı insidentin təhqiqatında iştirak etmək istəyirlər
ABŞ-nin X-62A təyyarəsi süni intellektdən istifadə edərək hava hədəfini aşkar edib