“İki sahil” qəzeti globalnews.ca saytına istinadən xəbər verir ki, Kanadanın “Husky Energy” nəhəng neft şirkətindən verilən məlumata görə, boru xəttində yaranan sızma nəticəsində iyul ayından bu günədək Şimali Saskatçevan çayına 225000 litr ağır neftin axtığını və çirklənmənin qarşısının alınması üçün 90 milyon dollar vəsaitin xərcləndiyini bildirib.
Sızma 41500 kvadratmetr ərazini-Şimal Saskatçevan çayını əhatə edən Battleford, Prince Albert şəhərlərinə də öz təsirini göstərib. Qeyd edək ki, bu il iyul ayının 22-dən Şimal Saskatçevan çayının çirkləndiyi ərazidə təmizləmə işləri aparılır. “Husky Energy” şirkəti bu əməliyyatların təxminən 30 gün çəkəcəyini bildirib.