Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-də amerikalı həmkarı Donald Trampla görüşmək üçün Vaşinqtona getməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkələrdə bildirib.
"Ümumilikdə bir saat yarımdan çox, Prezident Trampla təxminən bir saat danışdıq. Biz Prezident Trampın Ukrayna – ABŞ - Rusiya üçtərəfli görüşünün keçirilməsi təklifini dəstəkləyirik. Müharibənin başa çatması ilə bağlı bütün təfərrüatları bazar ertəsi Vaşinqtonda Prezident Trampla müzakirə etmək niyyətindəyəm. Dəvətə görə minnətdaram", - o qeyd edib.
Avstriyada yay ərzində ikinci dəfə maksimal hava təhlükəsi səviyyəsi elan edilib
İtaliyanın keçmiş Baş nazirindən iddia: Seutadakı hadisələr qəsdən təşkil olunub