İran Prezidenti Məsud Pezeşkian avqustun 18-də Ermənistana rəsmi səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri İran Prezidentinin müşaviri Mehdi Sənaiyə istinadən məlumat yayıb.
"Prezident Pezeşkianın Ermənistana səfəri iki gün davam edəcək", - o bildirib.
İran Prezidenti İrəvandan sonra Belarusa yollanacaq.
Müşavirin sözlərinə görə, səfərin məqsədlərindən biri qeyd olunan ölkələrlə xüsusilə işgüzar sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, eləcə də sənədlərin imzalanmasıdır.
Avstriyada yay ərzində ikinci dəfə maksimal hava təhlükəsi səviyyəsi elan edilib
İtaliyanın keçmiş Baş nazirindən iddia: Seutadakı hadisələr qəsdən təşkil olunub