Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
“İki sahil” Komitəyə istinadən xəbər verir ki, “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı bir ədəd paletdəki kahı yüklü yeşiklərin alt hissəsindən gömrük nəzarətindən gizlədilən 34 ədəd bağlamada, ümumi təqribi çəkisi 30 kiloqram 599 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.