02 noyabr 2016 22:38
433

Norveçin neft sektorunda 40 min işçi ixtisara düşüb

“DNB-Market”in məlumatına görə, Norveçin neft-qaz sektorundakı zərərlər və neftin qiymətinin enməsi səbəbi ilə son iki ildə ölkədə 33 min işçi tamam işdən azad edilib. Neft-qaz sənayesində çalışan 7 min işçi isə daha az maaşlı işlərə keçirilib.

Neft qiymətlərinin enməsi fonunda “kəmərsıxma” əməliyyatına əl atan özəl neft şirkətləri və Norveçin dövlət neft şirkəti “Statoil” kütləvi ixtisarlara başlayıb. İxtisara düşən işçilərin böyük əksəriyyəti “Statoil”in payına düşür.

“Statoil”də son iki ildə 4500 nəfər işdən çıxarıldığı halda, digər bir Norveç neft şirkəti “Aker Solution”da bu rəqəm 3700 nəfər olubdur.

Xatırladaq ki, analoji hal digər Avropa ölkələrinin və ABŞ-ın neft-qaz sənayesində də müşahidə olunur.

Həmidağa Məcidov, “İki sahil”