Quba rayonunun Xaspolad kəndində bələdiyyəyə aid ərazidə 5 ha biçilmiş taxıl sahəsi, quru ot, kol-kos, yaxınlıqda ümumi sahəsi 100 m² olan birmərtəbəli, 3 otaqlı evin dəhlizinin yanar konstruksiyaları 6 m² sahədə, sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, içərisində 5 ton taxıl, sahəsi 54 m² olan tövlənin yanar konstruksiyaları və əraziyə yığılan 14 ton ot bağlamasının 9 tonu yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Əlavə edilib ki, evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.