01 sentyabr 2025 17:35
155

Sumqayıtda karton istehsalı müəssisəsi yanır

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. 

“İki sahil” xəbər verir ki, Sumqayıtda karton istehsalı müəssisəsində yanğın başlayıb.  

Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. 

Hadisənin başvermə səbəbləri araşdırılır.