Noyabrın 7-də Saatlı rayonunun Genişkənd kəndinə ilk dəfə təbii qazın verilişi münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 123 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9432 metr oıan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Hazırda Saatlı rayonunun daha 7 kəndində ( Şirinbəy, Sarıcalar, Qara Nuru, Qazanbatan, Məmmədabad, Çolpı və Əliabad kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcəkdir.
Tədbirdə çıxış edən sakinlər yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.