TTSİ-də “Azərbaycanda multikultiralizm” mövzusunda görüş keçirilmişdir
Noyabrın 8-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən “Azərbaycanda multikultiralizm” mövzusunda görüş-seminar keçirilmişdir.
TTSİ-nin rəisi Fuad Süleymanov seminarın gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişdir. F.Süleymanov Azərbaycanda müxtəlif millətlərə, dinlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması və inkişafı, milli mədəniyyətə inteqrasiyası haqqında məlumat vermişdir. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin rəisi Nahid Məmmədov və şöbənin baş məsləhətçisi Mahir Qəniyev çıxış edərək Azərbaycanda son dövrlər multikultiralizm sahəsində görülən işlərin ictimai əhəmiyyətindən, ölkədə dini tolerantlıq və azadlığın inkişafından, dini radikalizmin dünyada dağıdıcı rolundan danışmışlar.
Sonra iştirakçıların sualları cavablandırılmışdır.