10 noyabr 2016 19:29
217

677 nömrəli quyu istismara verilib

“Səngəçal-Duvannı-Xərə-Zirə” yatağındakı 677 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir

“Azneft” İstehsalat Birliyi tərəfindən işlənmədə olan yataqlardakı köhnəlmiş hidrotexniki qurğuların yenilənməsi, hasilatın sabit saxlanılması və artırılması üçün görülən işləri müvəffəqiyyətlə davam etdirir.Bu günlərdə Birliyin sifarişi ilə “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı 676 saylı estakadayanı meydançadan 677 nömrəli quyu əsaslı təmirdən sonra istismara buraxılmışdır. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul vermiş, 4434-4382 metr interval dərinliyindən gündəlik 9 ton neft hasilatı ilə istismar fonduna daxil edilmişdir. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçirilir.