07 oktyabr 2025 15:26
327

Yaponiya müdafiə startaplarına aktiv şəkildə sərmayə qoymağa başlayıb

İkinci Dünya Müharibəsində məğlub olduqdan sonra "sülh konstitusiyasını" qəbul edən Yaponiya silah istehsalı və müdafiə startaplarına getdikcə daha çox sərmayə qoymağa başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Agentlik qeyd edib ki, bu ölkənin müdafiə sahəsində siyasətinə yenidən baxılmasının səbəbi xarici təhdidlərin sayının artması və regionda geosiyasi qeyri-sabitlikdir.

Hələ 2022-ci ildə Yaponiya hökuməti müdafiə xərclərini 5 il ərzində ümumi daxili məhsulun 1%-dən ibarət qeyri-rəsmi həddini 2%-ə qaldıracağını açıqlamışdı. O vaxtdan bəri uzaqmənzilli raketlər və hərbi peyklər kimi silahların alınmasına, həmçinin müdafiə sənayesi bazasının gücləndirilməsinə milyardlarla dollar vəsait ayrılıb.

Yaponiyada özəl şirkətlər hökumətin müdafiə sahəsində tədqiqatlara dəstək proqramına böyük maraq göstərirlər. 2021-ci ildə 49 şirkət ixtisaslaşdırılmış dövlət qrantları üçün, 2025-ci ilin birinci yarısı üçün isə 134 şirkət müraciət edib.