08 oktyabr 2025 10:03
115

Amerikanın Enerji İnformasiya İdarəsi 2025-2026-cı illərdə Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

ABŞ-nin Enerji İnformasiya İdarəsinin (EIA) son proqnozlarına görə 2026-cı ildə Azərbaycanda neft hasilatı orta hesabla günlük 0,54 milyon barrel təşkil edəcək.

“İki sahil” xəbər verir ki, EIA ölkədə xam neft hasilatının həcminə dair proqnozunu əvvəlki hesabatla müqayisədə dəyişməz saxlayıb.

Gözlənilir ki, 2026-cı ilin birinci rübündə hasilat gündəlik 0,55 milyon barel səviyyəsində olacaq, ikinci rübdə 0,54 milyon barelə, üçüncü və dördüncü rüblərdə isə 0,53 milyon barelə qədər azalacaq.

2025-ci ilə gəldikdə isə, EIA əvvəlki proqnozunu da dəyişməyib və sutkalıq orta hasilatın 0,57 milyon barel səviyyəsində qalacağını gözləyir. Proqnoza əsasən, ilin birinci yarısında bu göstərici sutkada 0,57 milyon barel olaraq qalacaq, ikinci yarısında isə 0,56 milyon barelə enəcək.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda kondensat da daxil olmaqla 18,39 milyon ton xam neft hasil edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azdır. Ticarət neftinin hasilatı da 4,7 faiz azalaraq 18,35 milyon ton təşkil edib.