11 noyabr 2016 14:11
345

“PDVSA” şirkətinə məxsus boru xəttində sızma

Venesuelanın “PDVSA” dövlət neft və təbii qaz şirkəti çərşənbə günü Orinoko çayının  çirklənməsinə  səbəb olan xam neft sızmasını nəzarətə götürdüyünü elan edib.

“İki sahil”  reuters.com  saytına istinadən xəbər verir ki, sızma şirkətə məxsus boru xəttində başlayıb və boru xəttinin yerləşdiyi Santa Clara adlı ərazidən Orinoko  çayının 80 kilometrliyinə qədər axıb. Yerli media və siyasətçilər  “PDVSA” şirkətini “ekoloji fəlakətə”səbəb olmaqda günahlandırırlar. Onlar həmçinin  sızma nəticəsində 100000 barrel xam neftin çaya töküldüyünü də qeyd edirlər. Amma  “PDVSA” bu göstəricini təkzib edərək, yalan olduğunu bildirib.