Oktyabrın 11-də Əfqanıstan yaraqlılarının Pakistanla dövlət sərhədində törətdiyi təxribat nəticəsində həlak olanların və yaralananların sayı açıqlanıb.
“İki sahil” "Daily Pakistan"a istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əfqanıstan tərəfinin hücumu nəticəsində Pakistan ordusunun 23 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb.
Nazirlik qarşı tərəfinin itkilərinin sayının 200-dən çox olduğunu açıqlayıb. Bundan başqa, 21 mövqedə müvəqqəti nəzarət təmin olunduğu bildirilib.
Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları dövlət sərhədi boyunca Pakistan mövqelərinə hücum ediblər.
Avropada dəniz yolu ilə narkotik qaçaqmalçılığına qarşı əməliyyat zamanı 454 kiloqram kokain müsadirə edilib
Qərb sahilində minlərlə qədim artefaktı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
BMT: Ukraynada müharibə başlayandan bəri 16 mindən çox mülki şəxsin ölümü təsdiqlənib
Tramp: Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz