ABŞ Prezidenti Donald Trampın İsrailə planlaşdırılan səfəri ilə əlaqədar Ben Qurion Beynəlxalq Hava Limanı bazar ertəsi günü özəl və yük təyyarələrinin qəbuluna bağlanacaq.
“İki sahil”in TASS-a istinadla verdiyi məlumata görə, bu barədə aviadispetçer dairələrindən mənbə qeyd edib.
"Hava limanının məlumatına görə, ümumdünya vaxtı ilə saat 03:00-dan 11:00-a qədər (Bakı vaxtı ilə 07:00-dan 15:00-a qədər) Tel-Əviv hava limanına özəl təyyarələrin və ümumi təyinatlı aviasiya vasitələrinin enişi qadağan olunacaq. Yük təyyarələrinin qəbulu isə ümumdünya vaxtı ilə saat 13:00-a qədər (Bakı vaxtı ilə 17:00-a qədər) dayandırılacaq", – deyə agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, bu xəbərdarlıq ölkənin hava məkanından istifadə edən bütün tərəflərə çatdırılıb.
Daha əvvəl bildirilmişdi ki, İsraildə ABŞ Prezidentinin səfərinə hazırlıq tam sürətlə davam edir.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Tramp bazar ertəsi səhər İsrailə gələcək. O, Knessetdə (İsrail parlamenti) çıxış edəcək.
Avropada dəniz yolu ilə narkotik qaçaqmalçılığına qarşı əməliyyat zamanı 454 kiloqram kokain müsadirə edilib
Qərb sahilində minlərlə qədim artefaktı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
BMT: Ukraynada müharibə başlayandan bəri 16 mindən çox mülki şəxsin ölümü təsdiqlənib
Tramp: Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz