Türkiyənin "Zafer Air" aviaşirkətinə məxsus təyyarə Rusiyanın İrkutsk hava limanında qanadı ilə mikroavtobusa dəyib.
“İki sahil” "RenTV"yə istinadən xəbər verir ki, "Gulfstream" təyyarəsi Şanxaya uçmalı idi, lakin dayanacaqdan çıxarkən qanadı ilə mikroavtobusa dəyib.
Baykal nəqliyyat polisinin məlumatına görə, təyyarədə altı sərnişin və dörd ekipaj üzvü olub. Heç kim xəsarət almayıb. Lakin həm mikroavtobusa, həm də təyyarəyə ziyan dəyib.
Baykal Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyi ilə bağlı araşdırmaya başlayıb.
Avropada dəniz yolu ilə narkotik qaçaqmalçılığına qarşı əməliyyat zamanı 454 kiloqram kokain müsadirə edilib
Qərb sahilində minlərlə qədim artefaktı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
BMT: Ukraynada müharibə başlayandan bəri 16 mindən çox mülki şəxsin ölümü təsdiqlənib
Tramp: Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz