Qəzzada qüvvəyə minən atəşkəs razılaşması bölgə üçün ümid qığılcımıdır. Bu, tərəfləri ədalətli və davamlı sülhə təşviq edir.
“İki sahil” xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo bu sözləri ənənəvi “Angelus” duası zamanı deyib.
“Sülh prosesinin başlanmasına dair atəşkəs razılaşması müqəddəs torpaqda ümid qığılcımı yaratdı. Bütün tərəfləri İsrail və Fələstin xalqlarının qanuni istəklərinə hörmət edən ədalətli və davamlı sülhə doğru müəyyən etdikləri yolu cəsarətlə irəliləməyə çağırıram. İki il davam edən qarşıdurma hər yerdə, xüsusən də övladlarını, ailələrini, dostlarını və hər şeyini itirmiş insanların qəlbində ölüm və dağıntılar buraxdı”, - deyə katoliklərin ruhani lideri bildirib.
Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin isə deyib ki, iki dövlətli həll xalqlar arasında problemlərin və münasibətlərə kömək edə biləcək yeganə yoldur.
Avropada dəniz yolu ilə narkotik qaçaqmalçılığına qarşı əməliyyat zamanı 454 kiloqram kokain müsadirə edilib
Qərb sahilində minlərlə qədim artefaktı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
BMT: Ukraynada müharibə başlayandan bəri 16 mindən çox mülki şəxsin ölümü təsdiqlənib
Tramp: Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz