“Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP şirkətindənAZƏRTAC-a bildirilib ki, dənizdən çıxarılan cəsədin “Dərinsulu Günəşli” platformasında itkin düşmüş şəxsə məxsus olduğu onun işlədiyi şirkət olan “KCA Deutag” tərəfindən təsdiq edilib.
Qeyd edək ki, noyabrın 8-də “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının bir işçisi itkin düşmüşdü. Noyabrın 11-də isə “Dərinsulu Günəşli” platformasının yaxınlığında dəniz dibindən insan cəsədi çıxarılıb. Cəsəd sahilə gətirilib və müvafiq hüquq mühafizə orqanlarına təhvil verilib.