13 oktyabr 2025 15:18
107

Aİ Ukraynanı qış mövsümündə dəstələmək üçün daha 100 milyon avro ayırmağa çalışır

Rusiyanın Ukrayna enerji infrastrukturuna terror hücumları ilə özünün döyüş meydanındakı uğursuzluqlarını kompensasiya etmək istəməsi fonunda Aİ Ukraynaya qış üçün əlavə 100 milyon avro yardım göstərməyə çalışır.

“İki sahil”  “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransı zamanı bildirib.

O bildirib: “Avropa İttifaqı bu qış Ukraynaya dəstək üçün artıq 800 milyon avro səfərbər edib. Biz generatorlar, sığınacaqlar və şaxtalı şəraitdə işləyəcək avadanlıqlar üçün əlavə 100 milyon avronun təmin edilməsi üzərində işləyirik”.

Kallas qeyd edib ki, Rusiyanın yay hücumu uğursuzluğa düçar olub, çünki Kremlin minimal ərazi qazancı Rusiya tərəfdən “böyük itkilər və xərclər” fonunda əldə edilir. “Məhz buna görə də Rusiya indi döyüş meydanındakı uğursuzluqlarını Ukraynanın mülki enerji infrastrukturuna terror hücumları ilə kompensasiya etməyə çalışır”, -deyə o əlavə edib.

Ali nümayəndə vurğulayıb ki, Rusiya az bir vaxtda sülhə olan bütün ümidləri məhv edib, ona görə də Aİ uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməyi planlaşdırır.

“Avropa İttifaqı pilotsuz uçuş aparatları üçün 2 milyard avro ayırmaqla Ukraynanın döyüş gücünü artırır. Biz, həmçinin kibermüdafiə və veteranlara dəstəyi əhatə etmək məqsədilə Aİ-nin Ukraynadakı Mülki Missiyasının mandatını genişləndirəcəyik”, -deyə Kallas bildirib.

O hesab edir ki, Rusiya ilə müharibə uzandıqca, Aİ Ukraynaya maliyyə dəstəyi göstərmək üçün bütün imkanlardan istifadə etməlidir. Avropa diplomatiyasının rəhbəri xatırladıb ki, Aİ liderləri Rusiyanın dondurulmuş aktivləri ilə dəstəklənən reparasiya kreditini müzakirə edirlər.

“Biz bu təklifdə israr etməliyik. Dondurulmuş Rusiya vəsaitlərindən Ukraynanı cəbhə xəttində dəstəkləmək üçün istifadə etmək düzgün addımdır. Bu müharibənin xərclərini avropalı vergi ödəyiciləri deyil, Moskva ödəməlidir”, -deyə Kallas sözlərini yekunlaşdırıb.